Avropa Komissiyasının nəqliyyat üzrə baş direktoru Azərbaycana səfər edəcək


İqtisadiyyat 25 Yan 2018 16:53:44 264 0

Avropa Komissiyasının nəqliyyat üzrə baş direktoru Azərbaycana səfər edəcək

H.Hololey Aİ ölkələri ilə Azərbaycan arasında nəqliyyat sektorunda əməkdaşlığın inkişafını, eləcə də bir sıra nəqliyyat layihələrini müzakirə edəcək

Avropa Komissiyasının Nəqliyyat və mobillik üzrə baş direktorluğunun (DG MOVE) baş direktoru Henrik Hololey gələn həftə Azərbaycana səfər edəcək.

"Report" xəbər verir ki, yanvarın 29-30-da rəsmi şəxslərlə görüşlər zamanı H.Hololey Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında nəqliyyat sektorunda əməkdaşlığın inkişafını, eləcə də bir sıra nəqliyyat layihələrini müzakirə edəcək.