Sürüşmə zonasından köçürülmüş sakinlərə kirayə pulu veriləcək


Digərləri 25 Yan 2018 16:51:00 245 0

Sürüşmə zonasından köçürülmüş sakinlərə kirayə pulu veriləcək

"Sürüşmə zonasından müvəqqəti köçürülmış sakinlərə kirayə pulu veriləcək".

Son.az xəbər verir ki, bunu Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu gün Bayılda sürüşmə zonasında və həmin ərazidən köçürülən sakinlərin yerləşdirildiyi 163 saylı orta məktəbdə sakinlərlə görüşündə deyib.

Bildirilib ki, artıq bu məsələ ilə bağlı Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul olunub. Sürüşmə zonasından çıxarılan 80 ailə, 390 nəfərə bu aydan etibarən müvəqqəti olaraq kirayə haqqı ödəniləcək.