16 yaşlı qız nişanlısını bıçaqlayan müəlliminə qoşulub Gəncəyə qaçdı


Digərləri 25 Yan 2018 16:56:00 310 0

16 yaşlı qız nişanlısını bıçaqlayan müəlliminə qoşulub Gəncəyə qaçdı

Goranboyda yanvarın 2-sində 16 yaşlı qız evdən qaçıb.

Son.az xəbər verir ki, Xəlilova Humay Canpolad qızı valideynlərinə "Mən rəqqasə olacam" deyərək, evdən qaçıb.

Dekabrın 31-də Humayın Oruc adlı rəqs müəllimi ilə danışdığı üzə çıxıb. Yanvarın 1-ində onlar yenidən bir-biri ilə əlaqə saxlayıblar. Yanvarın 2-si isə Humay yoxa çıxıb. 

Orucun Humayın yaşadığı kənddə mədəniyyət klubunda əvvəl rəqs dərsləri keçdiyi üzə çıxıb. 

Xoşqədəm Hidayətqızı Humayın tapıldığını efirdə açıqlayıb. Aparıcı "Səni axtarıram"ın olayın izinə düşməsindən sonra Orucun dayısının zəng edərək Humayın onlarda olduğunu və qızı almaq istədiklərini bildirib. 

Hadisə barədə daha ətraflı aşağıdakı videoda:


Xəbərə aid fotolar