Berlinin 29 yaşlı azərbaycanlı polis komissarı FOTO


Digərləri 25 Yan 2018 16:31:00 260 0

Berlinin 29 yaşlı azərbaycanlı polis komissarı  FOTO

Almaniyanın "Bild" onlayn dərgisində Berlinin Noyköln rayonunda polis komissarı olan azərbaycanlı miqrant Lana haqqında məqalə dərc olunub.

"15 yaşında almanca danışa bilmirdi, indi isə polis komissarıdır", - deyə məqalədə bildirilir. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, məqalədə Lana miqrantların alman cəmiyyətinə uğurlu inteqrasiyasının ən yaxşı nümunəsi kimi göstərilir.

"15 yaşım olanda anamla Berlinə köçmüşəm, almanca bir kəlmə bilmirdim, salamlaşa da bilmirdim", - deyə Lana Bz-berlin.de saytına verdiyi müsahibədə bildirib. Hazırda qadının alman dilində səlis və ləhcəsiz danışdığı qeyd olunur.

Lana qeyd edir ki, məktəbdə oxuduğu illərdə sinif yoldaşları onu məsxərəyə qoyub:

"Bütün gün ağlayırdım, ancaq ailəsini dolandırmaq üçün Bakıda işləyən və bura yalnız altı il sonra köçmüş atamı heç vaxt unutmurdum".

Orta məktəbdə tədrislə bağlı təəssüratını bölüşən Lana həmin dönəmin əsl "mübarizə"  olduğunu deyib:

"Mənim heç vaxt dostlara ayırmağa vaxtım olmasa da, nə istədiyimi qəti şəkildə bilirdim. Dünyada nələrisə yaxşılığa doğru dəyişmək üçün polis olmağı arzulayırdım", - deyə Lana bildirib.


Xəbərə aid fotolar