Salyanda məktəb yandı


Digərləri 25 Yan 2018 16:18:00 284 0

Salyanda məktəb yandı

Salyanda məktəb binasında yanğın olub.

Son.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Sarvan kəndində ümumi sahəsi 9600 kv.m olan ikimərtəbəli orta məktəb binasında yanğın nəticəsində təsərrüfat otağının yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.

Məktəbin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən saat 14:40 dəqiqədə söndürülüb.​