PSG Neymarı bu şərtlə "Real"a sata bilər


İdman 25 Yan 2018 16:11:00 334 0

PSG Neymarı bu şərtlə "Real"a sata bilər

PSG braziliyalı futbolçusu Neymar karyerasını İspaniya “Real Madrid”ində davam etdirmək istəyir. O “kral klubu”nda aşağı maaşa oynamağa da razıdır. 

Goal.az xəbər verir ki, Paris klubu 26 yaşlı hücumçunu bir şərtlə buraxa bilər. Bunun üçün PSG bu ilə Çempionlar Liqasının qalibi olmalıdır. Yeri gəlmişkən, adıçəkilən komandalar ÇL-nın 1/4 finalında üz-üzə gələcəklər.

Qeyd edək ki, Neymar ötən yay 222 milyon avro qarşılığında “Barcelona”dan PSG-yə transfer olub. Fransa çempionatında keçirdiyi 15 oyunda 15 qol vurub, 13 məhsuldar ötürmə verən forvardın illik maaşı 38 milyon avrodur.