Azərbaycan XİN-in Dövlət Protokolu İdarəsinin rəisi qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edib


Siyasət 25 Yan 2018 15:55:00 270 0

Azərbaycan XİN-in Dövlət Protokolu İdarəsinin rəisi qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edib

Görüşdə Azərbaycanın sözügedən ölkələrlə dostluq əlaqələrinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb

Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Çili və Ekvadorun Azərbaycanda akkreditə olunmuş qeyri-rezident yeni səfirləri Xose Manuel Silva və German Alexandro Orteqa Almeydanı qəbul edib. 

Nazirlikdən "Report"a verilən məlumata görə, Çili Respublikası (mənzil-qərargahı Ankara) və Ekvador Respublikasının (mənzil-qərargahı Tehran) Azərbaycan Respublikasına akkreditə olunmuş qeyri-rezident yeni səfirləri Xose Manuel Silva və German Alexandro Orteqa Almeydanın etimadnamələrinin surətlərini Azərbaycan XİN rəsmisinə təqdim ediblər. 

Görüşdə Azərbaycanın sözügedən ölkələrlə dostluq əlaqələrinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.