"ABŞ etibarını itirib"


Dünya 25 Yan 2018 15:54:00 324 0

"ABŞ etibarını itirib"

"Amerika Birləşmiş Ştatları etibarını itirib".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Reks Tillersonun Suriya ilə sərhəddə təhlükəsizlik zonasının yaradılması ilə bağlı təklifini şərh edərkən deyib.

Nazir bildirib ki, bu etibar tezliklə bərpa olunmayacaq və Ankara bu təklifin müzakirə edilməsini əhəmiyyətsiz hesab edir:

"ABŞ, ilk növbədə, Türkiyənin ona olan etibarını bərpa etməlidir".

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində