Fiziki imkanları məhdud şəxslərin hüquqlarının qorunması gündəmdə


Digərləri 25 Yan 2018 15:48:00 270 0

Fiziki imkanları məhdud şəxslərin hüquqlarının qorunması gündəmdə

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu olaraq, biz fiziki imkanları məhdud olan şəxslərin hüquqlarının qorunması ilə bağlı məsələləri daim gündəmdə saxlayır, müvafiq elmi-tədqiqat işləri və qanunların ekspertizasını aparırıq. Bu işlərin davamı olaraq, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu Elmi Şurasının qərarı ilə İnstitutda "Fiziki imkanlari məhdud olan şəxslərin hüquqları" adlı kafedranın açılması məqsədəuyğun hesab edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu fikirlər bu gün AMEA-nın Hüquq və İnsan Haqları İnstitututunda təşkil olunan "Fiziki imkanlari məhdud olan şəxslərin hüquqları" mövzusunda keçirilən "Dəyirmi masa"da bildirilib.

Tədbirdə çıxış edən AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə Azərbaycanda fiziki imkanları məhdud olan şəxslərin cəmiyyətə inteqrasiyası və onların sosial-məişət problemlərinin həlli, həmçinin inklüziv təhsillərinin inkişaf etdirilməsinin, peşə hazırlığı, iş yerləri ilə təmin olunmanın vacibliyini vurğulayıb. O, bu istiqamətdə görülən işlərin ölkə başçısı İlham Əliyev tərəfindən daim nəzarətdə saxlandığını, həmçinin bu məsələnin ölkəmizdə insan hüquqlarının qorunmasına dəstək baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib.

Tədbirdə sonrakı çıxışlarda fiziki imkanları məhdud şəxslərin sosial hüquqları ilə bağlı problemli məsələlər müzakirə edilib, onlara diqqət və qayğının artırılması istiqamətində əhəmiyyətli təkliflər veriblər.