14 yaşlı qızı xalasının əri zorladı: anası 3 il gizlətdi


Dünya 25 Yan 2018 15:29:00 309 0

14 yaşlı qızı xalasının əri zorladı: anası 3 il gizlətdi

Türkiyənin Aydın vilayətinin Nazilli qəsəbəsində arvadının bacısı qızı İ.M.Ş.-ə 8 il ərzində fərqli vaxtlarda təcavüz etdiyi iddia edilən S.D.-ya (64) hökm oxunub.

Son.az xəbər verir ki, şübhəli 12 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 5- 6 yaşındaykən xalasının əri S.D.-nin əl ilə cinsi təcavüzünə uğradığını bildirən İ.M.Ş. bu halın getdikcə artdığını sözlərinə əlavə edib.

Son olaraq 2012-ci ildə - 14 yaşı olarkən zorlanınca anası G.T.-dan kömək istəyib. Ana G.T. bəzi yaxınlarının o dönəmdə imtahanlara (SBS) hazırlaşan qızının bu vəziyyətdə çox stress yaşayacağı xəbərdarlığını nəzərə alaraq, təxminən 3 il gözlədikdən sonra 2015-ci ildə polisə şikayət edib. 


Xəbərə aid foto