İspan qapıçı Premyer Liqada oynamaq üçün 4 milyon avro ödəyəcək


İdman 25 Yan 2018 15:32:00 256 0

İspan qapıçı Premyer Liqada oynamaq üçün 4 milyon avro ödəyəcək

"Getafe"nin qapıçısı Visente Quaita karyerasını İngiltərədə davam etdirmək arzusundadır. Onunla "Crystal Palace" ciddi maraqlanır. "Getafe" 30 yaşlı qolkiperə görə 8 milyon avro tələb etsə də, London klubu 4 milyon avro ödəməyə hazır olduğunu bildirmişdi. Goal.az xəbər verir ki, Quaita Premyer Liqada oynamaq xatirinə qalan 4 milyon avronu özü ödəyəcək. O, artıq "Crystal Palace"in bazasında tibbi müayinədən də keçib.