İtaliya klubuna şərti cəza verilib


İdman 25 Yan 2018 15:14:00 264 0

İtaliya klubuna şərti cəza verilib

İtaliya Futbol Federasiyası "Atalanta" klubunu cəzalandırıb. Goal.az xəbər verir ki, buna səbəb berqamolu azarkeşlərin "Napoli"nin qaradərili müdafiəçisi Kalidu Kulibaliə qarşı irqçilik etməsidir. 2018-ci il ərzində bir daha bu hal təkrarlansa, stadionda qapı arxasındakı tribuna 1 oyunluq bağlanacaq. "Curva Nord Pisani" azarkeş qrupu "Atalanta"nın ən fəal fanatları hesab olunur. Kulibaliyə qarşı rasist şüarlar da məhz onların yerləşdiyi tribunadan səslənmişdi.