İtaliyada monqol adı ilə basdırılmış 120 azərbaycanlı “Gözü yol çəkən məzarlar” FOTO


Digərləri 25 Yan 2018 14:56:00 255 0

İtaliyada monqol adı ilə basdırılmış 120 azərbaycanlı  “Gözü yol çəkən məzarlar”  FOTO

Harda bir azərbaycanlı uyuyursa ora vətənin bir parçasıdır. İnsan da bir vətəndir. İstər sağ olsun, istər ölü... Və dünyanın dörd bir yanında tanınmış-tanınmamış həmyerlilərimizin məzarları var.

Son.az xəbər verir ki, bu barədə oxucuları məlumatlandırmaq üçün lent.az-a istinadən xəbər verir ki, "Gözü yol çəkən məzarlar" adlı yeni layihəyə başlayır.

***

2009-cu ildə Sloveniyaya səfər etmişdim. Ramiz Abutalıbov mənə tövsiyə etdi ki, vaxt edib Milan yaxınlığındakı Monte di Neze kəndinə gedim. Orda 120 azərbaycanlı partizanın məzarı var. Məzarı tapmaq təbii bizə çətin odu. Ancaq dostum Anar Rəsulovla bu işin öhdəsindən gələ bildik. Həmin məzarlıqdan Ramiz müəllimə zəng vurub söz verdim ki, bu haqda film çəkəcəm. Beləliklə 2012-ci ildə "Qafqazdan Appeninə" sənədli filmi yarandı.

***

1945-ci ilin martında, Berqamo şəhərinin ətrafında alman hərbi uniforması geyinmiş, demək olar ki, 4000 nəfərdən ibarət diviziya peyda oldu. Diviziyaya əsl adı Vilhelm Hintersaç olan islamı qəbul etmiş yaşlı avstriyalı hərbiçi Harun Rəşid bəy komandanlıq edirdi.

Hitler əsirliyinə düşmüş bu azərbaycanlılar, vermaxtın qaydalarını qəbul etməyə məcbur idilər, əks halda onları ölüm gözləyirdi, Əsirlərdən çoxu ilk imkan düşən kimi qaçmağa ümid bəsləyirdi. Bundan başqa Almaniya yalançı vədlər verərək əsirləri aldadırdı, guya müharibədən sonra bu ölkələr SSRİ-nin caynaqlarından xilas olub azad yaşayacaqdılar.

Qoşunların İtaliyaya gəlməsindən sonra legionerlər yerli partizanlarla əlaqə yaradırlar. Qəti tədbirlərə baxmayaraq partizanlar tərəfinə keçmə prosesi günbəgün artır.

Azərbaycanlı legionerlər İtaliya Müavimət Hərəkatının Triyest, Berqamo, Modena və Milan şəhərləri yaxınlığındakı üzvlərinə qoşularaq, bu ərazilərdə fəaliyyət göstərir, faşist qüvvələrə qarşı vuruşurlar.

Bu dövrdə Adriatikin sahillərində 9-cu Harribaldi korpusu fəaliyyət göstərir. 1944-cü ilin əvvəlində legionerlərdən ibarət 314-cü alaydan 3-cü batalyonun komandiri Məmmədov, Triyest yaxınlığında Kontevolloda yerləşmiş 3-cü rotanın şəxsi heyəti ilə birlikdə italyan partizanları tərəfində keçməyi planlaşdırır. Ancaq bu xəbər alman komandanlığına çatdırılır. 15 dəqiqə ərzində bu batalyon mühasirəyə alınır, şəxsi heyət həbs edilir, batalyon komandiri və 2 nəfər başqa təşkilatçı şəxsi heyətin gözü qarşısında güllələnir. 162-ci diviziyadan qaçan azərbaycanlılardan başqa bir qrupu da tələyə düşürülür. Monte di Neze kəndi yaxınlığındakı bu qarşılaşma yerli sakinlərin xatirələrində böyük miqyaslı faciə kimi yer alıb. Bu, müharibə müddətində İtaliya ərazində törədilmiş ən kütləvi qətl idi.