Azərbaycanda əlillərin potensialını inkişaf etdirmək üçün xüsusi proqram həyata keçiriləcək


Digərləri 25 Yan 2018 14:33:23 212 0

Azərbaycanda əlillərin potensialını inkişaf etdirmək üçün xüsusi proqram həyata keçiriləcək

Bu, yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında”qanun layihəsində əksini tapıb

Azərbaycanda əlilliyi olan şəxslərin abilitasiyası (əlilliyi olan şəxsin mövcud potensialını maksimum inkişaf etdirməklə onun sərbəst yaşamaq imkanlarının artırılması) həyata keçiriləcək.

“Report”un xəbərinə görə, bu, yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında”qanun layihəsində əksini tapıb.

Qanunun 10-cu (Əlilliyi olan şəxslərin reablitasiyası və abilitasiyası) maddəsinin 6-cı bəndinə əsasən, əlilliyi olan şəxslərin abilitasiyası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada müvafiq icra icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.Qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, abilitasiya reablitasiyadan sonrakı mərhələdir.