Toyda biabırçılıq: bəy içib dalaşdı,


Digərləri 25 Yan 2018 14:38:00 288 0

Toyda biabırçılıq: bəy içib dalaşdı,

44 yaşlı Nil Con Dreyperlə 39 yaşlı Kira Andrea Dreyperin toy günü onların, gerçəkdən də, unutmayacaqları bir zaman kəsiminə çevrilib.

Onların ikisi də toy gecəsini İngiltərənin Kambriya qraflığındakı Barou şəhərində, polis idarələrindən birindəki kamerada keçiriblər.

Son.az Daily Mail-ə istinadən bildirir ki, toy Ulverstondakı "Farmer's Arms"da idi.

Polis idarəsinə zəng vuran şəxs bu pabda dava düşdüyünü, qonaqların içib sərxoş vəziyyətdə dalaşdıqlarını demişdi.

Hadisə yerinə yollanmış polis əməkdaşları bəylə gəlinin təhqirləri ilə üzləşiblər.

"Gəldiniz, murdar donuzlar?! Sizi bura kim dəvət edib?! Rədd olun!" bağıran sərxoş Kira Andrea Dreyper polis zabitlərinə tüpürməyə başlayıb.


Xəbərə aid fotolar