Türkiyənin xarici işlər naziri: “ABŞ etibarını itirib və onların məqsədini bilmirik”


Dünya 25 Yan 2018 14:05:58 296 0

Türkiyənin xarici işlər naziri: “ABŞ etibarını itirib və onların məqsədini bilmirik”

Mövlud Çavuşoğlu ABŞ-ın Suriyada “təhlükəsiz bölgə” yaradılması ilə bağlı təklifinə münasibət bildirib

“ABŞ son proseslər zamanı etibarını itirdi”.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın Suriyada “təhlükəsiz bölgə” yaradılması ilə bağlı təklifinə münasibət bildirərkən deyib. 

O vurğulayıb ki, rəsmi Vaşinqtonun yenidən etibar qazanmadan bu məsələlərdən danışması doğru deyil: “Əvvəlcə konkret addımlarla etibar bərpa edilməlidir. ABŞ-ın məqsədini bilmirik. Əvvəlcə etimadsızlıq mühiti aradan qaldırılmalıdır”.