Ötən il cərimə və islah işləri cəzalarının icrası ilə bağlı büdcəyə ödənilən vəsaitin məbləği açıqlanıb


Siyasət 25 Yan 2018 13:58:52 163 0

Ötən il cərimə və islah işləri cəzalarının icrası ilə bağlı büdcəyə ödənilən vəsaitin məbləği açıqlanıb

2017-ci ildə 6.820 şəxsin cəza müddəti başa çatıb və ya təyin olunan cəzası tam icra edilib

Ədliyyə Nazirliyində Probasiya xidmətinin yerli qurumlarının rəhbərlərinin və probasiya üzrə icra məmurlarının iştirakı ilə 2017-ci ildə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaların icrası üzrə görülmüş işlərin və xidmətin qarşısında duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ədliyyə nazirinin müavini Vilayət Zahirov Prezident İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli sərəncamına əsasən Probasiya xidmətinin yaradılması üzrə görülən tədbirlərdən danışıb, bununla bağlı qanunvericiliyin təkmilləşdirilməsini, probasiya nəzarətinin təsbit olunmasını qeyd edib, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında probasiya xidmətinin mühüm rolunu vurğulayıb.

Sonra Probasiya xidmətinin rəisi Akşin Ziyadov qurumun ötən dövrdəki fəaliyyəti və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib.

Bildirilib ki, azadlıqdan məhrum etmə cəzasının tətbiqinin azaldılması və daha çox alternativ cəzalara üstünlük verilməsi məqsədilə dövlət başçısı tərəfindən təsis edilmiş Probasiya xidmətinin işinin müasir tələblər səviyyəsində qurulması, cəzaların icrası zamanı müasir elektron nəzarət vasitələrinın geniş tətbiqi ilə bağlı Xidmətin monitorinq mərkəzinin təşkili üzrə tədbirlər görülür.

Qeyd olunub ki, azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası diqqətdə saxlanılaraq 2017-ci ildə 6.820 şəxsin cəza müddəti başa çatıb və ya təyin olunan cəzası tam icra edilib, yeni cinayət törədən məhkumların sayı 10 faiz azalıb. Cərimə və islah işləri cəzalarının icrası ilə bağlı dövlət büdcəsinə ödənilən vəsaitin məbləği artaraq 1.5 milyon manata çatıb.

Eyni zamanda, 2017-ci il 17 oktyabr tarixli qanunla Cinayət Məcəlləsinə mühüm dəyişikliklər edilərək bir çox əməllərin dekriminallaşdırılması yüzlərlə məhkumun cəzalardan azad olunmasına və ya yüngülləşdirilməsinə səbəb olub. Probasiya xidməti tərəfindən yeni qanunun təsiri altına düşən şəxslərin dairəsi müəyyən olunaraq həmin məhkumlar barədə məhkəmələrə müvafiq təqdimatlar göndərilib.

İclasda görülən işlərlə yanaşı, bu sahədə nöqsan və çatışmazlıqlar qeyd olunaraq cərimə və ictimai işlər növündə cəzaların icrasına diqqətin artırılması, məhkumun cəzadan yayınmasının qarşısının alınması, onlarla aparılan islah və tərbiyə işinin keyfiyyətinin artırılması, probasiya nəzarətinin səmərəli təşkili ilə bağlı tapşırıqlar verilib, yerli qurumların rəhbərləri dinlənilərək, mövcud problemlərin həlli yolları təhlil edilib.

Müşavirəyə yekun vuran nazir müavini azadlıqdan məhrumetməyə alternativ cəzaların vaxtında və dürüst icrasına nail olunması, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi, probasiya üzrə icra məmurlarının peşəkarlığının artırılması, vətəndaş məmnunluğunun yüksəldilməsi ilə bağlı konkret tapşırıqlar verib.

Baş nazir: Afrində əməliyyat uğurla davam edir, 300-ə yaxın terrorçu zərərsizləşdirilib like
  • 25 Yan 13:58  
Digərləri Baş nazir: Afrində əməliyyat uğurla davam edir, 300-ə yaxın terrorçu zərərsizləşdirilib

Afrində “Zeytun budağı” əməliyyatı uğurla davam edir, əməliyyat mü

arrow Ətraflı
İki alpinist qarlı dağlarda itdi like
  • 25 Yan 13:57  
Dünya İki alpinist qarlı dağlarda itdi

Rusiyada Elbrus zirvəsində iki belaruslu alpinist itkin düşüb.

arrow Ətraflı
Yeni cinayət törədən məhkumların sayı 10 faiz azalıb (FOTO) like
  • 25 Yan 13:55  
Digərləri Yeni cinayət törədən məhkumların sayı 10 faiz azalıb (FOTO)

Yeni cinayət törədən məhkumların sayı 10 faiz azalıb.

arrow Ətraflı
Netanyahu Moskvaya gəlir like
  • 25 Yan 13:53  
Digərləri Netanyahu Moskvaya gəlir

İsrailin baş naziri Benyamin Netanyahu yanvarın 29-da Moskvaya səfər edəc

arrow Ətraflı
Manatın bu saata olan MƏZƏNNƏSİ like
  • 25 Yan 13:52  
Digərləri Manatın bu saata olan MƏZƏNNƏSİ

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak

arrow Ətraflı
Keçmiş MTN generalı məhkəmədə ifadə verib like
  • 25 Yan 13:52  
Sosial Keçmiş MTN generalı məhkəmədə ifadə verib

O, ittihamları qəbul etmədiyini, günahsız olduğunu söyləyib

arrow Ətraflı
Aİnin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bakıya səfər edəcək like
  • 25 Yan 13:45  
Siyasət Aİnin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bakıya səfər edəcək

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümay

arrow Ətraflı
Monitorinq insidentsiz başa çatdı like
  • 25 Yan 13:44  
Siyasət Monitorinq insidentsiz başa çatdı

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğ

arrow Ətraflı
"Lotu Quli" Ukraynanı da ələ keçirir? like
  • 25 Yan 13:39  
Kriminal "Lotu Quli" Ukraynanı da ələ keçirir?

Lotu Quli öz emissarlarını Ukraynaya göndərib.

arrow Ətraflı
Xilasedicilər itən gəminin heyət üzvləri sahildə də axtarılacaqlar like
  • 25 Yan 13:37  
Digərləri Xilasedicilər itən gəminin heyət üzvləri sahildə də axtarılacaqlar

Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Uzaq Şərq Regional axtarış-xil

arrow Ətraflı
Özbəkistan kanalı Azərbaycan serialını oğurladı  VİDEO  FOTO like
  • 25 Yan 13:35  
Digərləri Özbəkistan kanalı Azərbaycan serialını oğurladı VİDEO FOTO

Özbəkistanın dövlət televiziyası – “Toşkent” TV bir neçə müddət

arrow Ətraflı
"Sürüşmə zonasındakı aktivlik evlər üçün təhlükə yaradır"  Nazirlik like
  • 25 Yan 13:32  
Digərləri "Sürüşmə zonasındakı aktivlik evlər üçün təhlükə yaradır" Nazirlik

Bayıl yamacında sürüşmə zonası ilə bağlı aidiyyəti qurumlar təklifl

arrow Ətraflı
Super agent Feliçeviç  Adi oyunçudan "menecer kralı”na çevrilən şəxs  FOTO like
  • 25 Yan 13:30  
Dünya Super agent Feliçeviç Adi oyunçudan "menecer kralı”na çevrilən şəxs FOTO

O, maşın yuyan uşağı dünyanın ən bahalı futbolçularınan birinə çevi

arrow Ətraflı