Mingəçevirdə üç avtomobil toqquşub, onlardan biri ət dükanına girib - FOTO
Sosial 25 Yan 2018 14:03:46 282 0
Faktla bağlı araşdırma aparılır
Mingəçevir şəhərində zəncirvari avtomobil qəzası baş verib.
”Report”un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin 20 Yanvar küçəsində qeydə alınıb.
Belə ki, “İnfiniti”, “VAZ-21010” və “Mitsubishi” markalı avtomobillər toqquşub. Nəticədə “İnfiniti” markalı avtomobil yol kənarındakı ət dükanına girib. Qəzada ölən və yaralanan olmayıb. Ancaq avtomobillərə və dükana ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: report.az