Yeni cinayət törədən məhkumların sayı 10 faiz azalıb (FOTO)


Digərləri 25 Yan 2018 13:55:00 274 0

Yeni cinayət törədən məhkumların sayı 10 faiz azalıb (FOTO)

Yeni cinayət törədən məhkumların sayı 10 faiz azalıb.

Bakı. Yeni cinayət törədən məhkumların sayı 10 faiz azalıb. Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən Trend-in məlumatına görə, bu barədə nazirlikdə Probasiya xidmətinin yerli qurumlarının rəhbərlərinin və probasiya üzrə icra məmurlarının iştirakı ilə 2017-ci ildə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaların icrası üzrə görülmüş işlərin və xidmətin qarşısında duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirədə bildirilib. Tədbirdə ədliyyə nazirinin müavini Vilayət Zahirov Prezident İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli sərəncamına əsasən, Probasiya xidmətinin yaradılması üzrə görülən tədbirlərdən danışıb, bununla bağlı qanunvericiliyin təkmilləşdirilməsini, probasiya nəzarətinin təsbit olunmasını qeyd edib, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında probasiya xidmətinin mühüm rolunu vurğulayıb. Sonra Probasiya xidmətinin rəisi Akşin Ziyadov qurumun ötən dövrdəki fəaliyyəti və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib. O bildirib ki, azadlıqdan məhrum etmə cəzasının tətbiqinin azaldılması və daha çox alternativ cəzalara üstünlük verilməsi məqsədilə dövlət başçısı tərəfindən təsis edilmiş Probasiya xidmətinin işinin müasir tələblər səviyyəsində qurulması, cəzaların icrası zamanı müasir elektron nəzarət vasitələrinın geniş tətbiqi ilə bağlı Xidmətin monitorinq mərkəzinin təşkili üzrə tədbirlər görülür.