Özbəkistan kanalı Azərbaycan serialını oğurladı VİDEO FOTO


Digərləri 25 Yan 2018 13:35:00 301 0

Özbəkistan kanalı Azərbaycan serialını oğurladı  VİDEO  FOTO

Özbəkistanın dövlət televiziyası – “Toşkent” TV bir neçə müddət öncə “Azad Azərbaycan” telekanalında yayımlanan “Günəşim ol” serialını oğurlayıb.

Özbəkistanın dövlət televiziyası - "Toşkent" TV bir neçə müddət öncə "Azad Azərbaycan" telekanalında yayımlanan "Günəşim ol" serialını oğurlayıb.

Son.az oxu.az-a istinadla xəbər verir ki, kanal İlqar Fəhminin əsərinin motivləri əsasında Şahin Qəhrəmanın rejissorluğu ilə çəkilən ekran işini "Youtube" kanalından icazəsiz götürərək yayımlayır.

Serial Özbəkistanda "Qalbim Quyoşi" ("Qəlbimin günəşi") adı ilə həftəiçi beş gün efirə gedir.

Məsələ ilə bağlı ekran əsərinin rejissoru Şahin Qəhrəman ilə əlaqə saxladıq. Rejissor bildirdi ki, məsələdən xəbərsizdir:

"Bundan xəbərim yox idi, siz deyəndən sonra məlumatım oldu. Böyük ehtimal, onlar serialı internetdən götürüblər. Serialın prodüseri Yaşar Əhmədov gəlsin, biz bununla məşğul olacağıq. Yəqin ki, belə qalmaz. Çünki burada bütün komandanın əziyyəti var. "Günəşim ol" Bakıdan kənarda - regionda bir neçə ay çəkilən ilk serialdır".

ATV telekanalından da bildirildi ki, serial "Toşkent" televiziyasına satılmayıb. Onlar sözügedən kanaldan təqdim etdiyimiz linklə tanış olandan sonra qeyd etdi ki, video oğurlanıb və loqo kəsilib:


Xəbərə aid fotolar