Moldova millisinin üzvü "Səbail"də


İdman 25 Yan 2018 13:28:00 270 0

Moldova millisinin üzvü "Səbail"də

"Səbail" heyətini yeni futbolçuyla gücləndirib.

Goal.az xəbər verir ki, paytaxt klubu Slovakiyanın "Jilina" klubundan Yevgeni Kaçuku sıralarına qatıb. Moldovalı futbolçu ölkəsinin mətbuatına açıqlamasında bildirib ki, o, "Səbail"də mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək.

24 yaşlı yarımmüdafiəçi 2016-cı ildə "Daçiya"dan "Jilina"ya keçib. O, Moldova millisinə 2015-ci ildən dəvət alır.

Qeyd edək ki, "Səbail" Rahil Məmmədov, Aqşin Qurbanlı, Fəhmin Muradbəyli, Kərim Diniyev və Ruslan Əmircanovla da müqavilə bağlayıb.