Tovuzda zəncirvari avtomobil qəzası baş verib, yaralılar var


Sosial 25 Yan 2018 13:12:41 281 0

Tovuzda zəncirvari avtomobil qəzası baş verib, yaralılar var

Faktla bağlı araşdırma aparılır

Tovuz rayonunda zəncirvari avtomobil qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb.

Belə ki, üç avtomobil toqquşub. Nəticədə 1992-ci il təvəllüdlü Mirzə Eyyubov və 1954-cü il təvəllüdlü Namaz Məcid oğlu Namazov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hər iki yaralının vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.