Ərlə arvadı öldürdülər, orqanlarını çıxardılar, yedilər


Digərləri 25 Yan 2018 13:18:00 286 0

Ərlə arvadı öldürdülər, orqanlarını çıxardılar, yedilər

Yuvenal və Kristina Amaralın cəsədləri Braziliyanın Baiya ştatındakı Kamasari şəhərinin kənarında, ağaclıqda basdırılmışdı.

Polisdən verilən məlumata görə, Kristina Amaralın analıq yolu və digər daxili orqanları kəsilib götürülübmüş.

Son.az El Mundo-ya istinadən bildirir ki, bu amansız qətllə bağlı 29 yaşlı Daniel Santos Neves, 25 yaşlı Karlos Alberto Neres, habelə 13, 14 və 16 yaşlı üç yeniyetmə həbs olunub.

Polisdən verilən məlumata görə, cinayətkarlar Kristina Amaralı qətlə yetirəndən sonra onun daxili orqanlarını çıxarıblar, bişirib yeyiblər.

O da bildirilir ki, cinayətkarlar 44 yaşlı Kristina Amaralı 57 yaşlı əri Yuvenalın gözləri önündə zorlayıblar. Evə soxularaq ərlə arvaddan pulların yerini tələb edən cinayətkarlar bunu Yuvenalı "ram etmək" üçün etmişdilər.

Daha sonra Kristina Amaralın sağ qolu kəsilib, Yuvenalın belinin dərisi soyulub. Kristiannın başını kəsəndən sonra cinayətkarlar onu şaqqalayıblar.


Xəbərə aid fotolar