Xilasedicilər itən gəminin heyət üzvlərinin sahildə axtarışını istisna etmirlər


Digərləri 25 Yan 2018 13:05:00 251 0

Xilasedicilər itən gəminin heyət üzvlərinin sahildə axtarışını istisna etmirlər

Xilasedicilər itən "Vostok" gəmisində olanların sahil zolağında axtarışı ehtimalını istisna etmirlər.

Bakı. Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Uzaq Şərq Regional axtarış-xilasetmə bölməsinin xilasediciləri itən "Vostok" gəmisinin ekipaj üzvlərinin sahil zolağında axtarışı ehtimalını istisna etmirlər. Trend-in məlumatına görə, bölmənin mətbuat katibi Yelena Çuvaşova bildirib ki, sahillə qəza siqnalının işə düşdüyü yer arasında yüzlərlə kilometr məsafə olduğunu unutmaq olmaz: "Dənizçiləri sahildə tapmaq ehtimalı elə də böyük deyil, hələ belə qərar qəbul edilməyib. Bununla belə, xilasedicilər sahildə axtarışı istisna etmirlər". O əlavə edib ki, Primoryenin cənub sahili buxta və körfəzlərə görə çox girintili-çıxıntılıdır və yüzlərlə km boyunca uzanır: "Həmçinin buzlaq sahələr sahildə axtarışı çətinləşdirəcək". Qeyd edək ki, Saxalində "Vostok" balıqçı gəmisinin itməsi ilə əlaqədar cinayət işi açılıb.