Qəza törədərək qaçan sürücü saxlanılıb


Digərləri 25 Yan 2018 12:38:00 233 0

Qəza törədərək qaçan sürücü saxlanılıb

Qəza törədib hadisə yerindən qaçan sürücü saxlanılıb.

Bakı. Qəza törədib hadisə yerindən qaçan sürücü saxlanılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 19-da bir qadının xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə Sumqayıt Şəhər Polis İdarəsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla qadının şəhər sakini Sara Hüseynova olması, həmin gün 41-ci məhəllənin ərazisində yolu keçərkən naməlum avtomobillə vurulduğu məlum olub.