TƏKLİF: Azyaşlı uşaqlara qarşı zorakılıq halları ilə bağlı cəzalar sərtləşdirilsin


Digərləri 25 Yan 2018 12:30:00 244 0

TƏKLİF: Azyaşlı uşaqlara qarşı zorakılıq halları ilə bağlı cəzalar sərtləşdirilsin

Azərbaycanda azyaşlı uşaqlara qarşı zorakılıq halları ilə bağlı cəzaların sərtləşdirilməsi təklif edilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Aqiyə Naxçıvanlı bildirib ki, son vaxtlar azyaşlı uşaqlara qarşı zorakılıq hallarının şahidi oluruq:

"Fikirləşirik ki, bununla bağlı qanunda hansı dəyişiklikləri edək ki, həmin şəxslər daha sərt cəzalansın".

Komitə sədri qeyd edib ki, belə məsələlərə baxmağa ehtiyac var: "Bu, bizi narahat edir".