Türkiyə ilk dəfə Suriyanın Mənbic şəhərinə zərbələr endirdi


Dünya 25 Yan 2018 12:04:00 231 0

Türkiyə ilk dəfə Suriyanın Mənbic şəhərinə zərbələr endirdi

Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) "Zeytun budağı" əməliyyatı çərçivəsində ilk dəfə Suriyanın Mənbic şəhərinə aviazərbələr endirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, həmin ərazilərin PYD və YPG terror təşkilatlarının nəzarətində olduğu bildirilir.

Zərbələr nəticəsində YPG-nin qərargahlarından biri darmadağın edilib.

Rəsmi Ankara bu məlumatı nə təsdiq, nə də təkzib edir. Bundan əvvəl Türkiyə hakimiyyəti hərbi əməliyyatın miqyasının genişlənəcəyini istisna etməyib.