Allahşükür Paşazadə sabah Turkiyəyə gedəcək


Sosial 25 Yan 2018 11:50:16 249 0

Allahşükür Paşazadə sabah Turkiyəyə gedəcək

Səfərdə məqsəd yanvarın 29-30-da İstanbulda “Quds: Vəhyin müqəddəsləşdirdiyi şəhər” mövzusunda beynəlxalq konfransda iştirak etməkdir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə yanvarın 26-da Turkiyəyə gedəcək. 

QMİ-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfərdə məqsəd yanvarın 29-30-da İstanbulda keçiriləcək “Quds: Vəhyin müqəddəsləşdirdiyi şəhər” mövzusunda beynəlxalq konfransda iştirak etməkdir.

A.Paşazadə konfransın açılış mərasimində məruzə ilə çıxış edəcək.

Turkiyə hökumətinin himayəsi altında keçiriləcək tədbirdə Turkiyə, İran, İraq, Fələstin, Hindistan, Malaziya, İngiltərə, Özbəkistan, Pakistan, Nigeriya, Tatarıstan (RF), Mərakeş, İndoneziya, Uqanda, Qazaxıstan, Keniya, Mavritaniya, Somali, Cibuti və Tanzaniyadan tanınmış elm və din xadimlərinin iştirakı gözlənilir.