Ramos: "Zidanı müdafiə edənlərin önündə gedəcəyik"


İdman 25 Yan 2018 11:50:00 255 0

Ramos: "Zidanı müdafiə edənlərin önündə gedəcəyik"

"Real"ın kapitanı Serxio Ramos komandanın İspaniya Kubokunda "Leganes"ə uduzaraq (1:2) mübarizəni dayandırmasından sonra fikirlərini bölüşüb. Goal.az xəbər verir ki, təcrübəli müdafiəçi baş məşqçi Zidanı müdafiə edib.

"Kubokdan kənarda qalmaq fiaskodur. Çətin dövrlər başlayıb. Amma biz mümkün qədər güclü olub mübarizədən erkən qopmamalıyıq. Səhvlərdən öyrənmək lazımdır. Uğursuz nəticələrə görə məsuliyyəti hamımız daşıyırıq. Bu təcrübənin gələcəkdə işimizə yarayacağını düşünürəm. Çempionlar Liqasında mübarizəni davam etdiririk. Zidanın durumu? Mən dəyişikliklərin tərəfdarı deyiləm. Biz onu müdafiə edənlərin önündə gedəcəyik".