Salyanda 2 nəfəri bıçaqlayıb qaçan şəxs tutuldu


Kriminal 25 Yan 2018 11:23:00 222 0

Salyanda 2 nəfəri bıçaqlayıb qaçan şəxs tutuldu

Yanvarın 24-də Salyan şəhər sakini olan 2 nəfərin xəsarətlə xəstəxanaya gətirilmələri barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

##619363# DIN-dən Son.az-a verilən məlumata görə, dərhal yaradılan əməliyyat qrupu tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla ağır vəziyyətdə xəstəxanaya yerləşdirilənlərin şəhər sakinləri Nurməmməd Cəfərov və Toğrul Abdulayev olmaları, münaqişə zəminində həmyerliləri Məhərrəm Babayev tərəfindən bıçaqlanmaları müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə  M.Babayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.