Azərbaycanda uşaqları ziyanlı informasiyalardan qorumaqla bağlı yeni qanun layihəsi hazırlanıb


Digərləri 25 Yan 2018 11:09:53 151 0

Azərbaycanda uşaqları ziyanlı informasiyalardan qorumaqla bağlı yeni qanun layihəsi hazırlanıb

​Komitə sədri: “Layihə müvafiq qurumlara təqdim edilib”

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu ilin yaz sessiyasında ilk iclası keçirilib.

“Report”un xəbərinə görə, iclasda komitə sədri Aqiyə Naxçıvanlı hesabatla çıxış edib.

O, komitənin 2017-ci ilin payız sessiyasında gördüyü işlər barədə məlumat verib.

A.Naxçıvanlı bildirib ki, "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında” qanun layihəsi hazırlanıb və baxılması üçün müvafiq qurumlara təqdim edilib.