Manyak həkim 175 il həbs aldı


Digərləri 25 Yan 2018 10:30:00 325 0

Manyak həkim 175 il həbs aldı

ABŞ-ın idman gimnastikası üzrə sabiq baş həkimi Larri Nassar 175 il müddətinə azadlıqdan məhrum olunub.

Son.az Daily Mail-ə istinadən bildirir ki, o, yetkinlik yaşına çatmamışlara tibbi prosedurlar adı ilə təcavüz etməkdə suçlanır.

54 yaşlı L.Nassar ilkin olaraq 7 qıza təcavüzdə ittiham olunurdu. Lakin məhkəmədə 156 qadın və onların qohumları Nassarı zorakılıqdla suçlayıblar.

Larri Nassar Miçiqan Universitetində həkim olub, sonra idman gimnastikası üzrə ABŞ yığmasında çalışıb. 2017-ci ilin noyabrında o, yetkinlik yaşına çatmamış bir neçə gimnast qıza tibbi prosedurları yerinə yetirmək adı ilə təcavüzdə ittiham olunmuşdu.

Larri Nassarı suçlayanlar arasında 2012-ci il Yay Olimpiya Oyunlarının çempionu Qabriela Duqlas, Eli Raysman, Makkayla Maroni və Cordin Uiber də vardı.

Miçiqan Universiteti və ABŞ-ın gimnastika yığması da cinayətlərdə cavabdeh sayılıblar.

İddiaçılardan biri, Larissa Boysun dediyinə görə, o, hələ 1997-ci ildə baş məşqçiyə Nassarın əməllərindən danışsa da, heç nə dəyişməyib. Boysdan sonra Nassarın əməllərindən ən azı 6 nəfər şikayətlənib.

54 yaşlı Larri Nassar əməllərini etiraf etdiyindən onun həbs cəzası 40 ilə endirilib. Bu cəza Nassarlda bağlı əvvəlki məhkəmə prosesində ona qarşı çıxarılmış 60 illik həbs cəzasının müddəti başa çatandan sonra başlayacaq.