ABŞ-ın energetika naziri: "Şist neft hasilatında artım bazara təhlükə yaratmayacaq"


İqtisadiyyat 25 Yan 2018 10:27:33 332 0

ABŞ-ın energetika naziri: "Şist neft hasilatında artım bazara təhlükə yaratmayacaq"

EIA-nın proqnozları inandırıcı deyil

Dünya iqtisadiyyatı amerikan şist neftini "həzm etmək" iqtidarındadır. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu açıqlamanı ABŞ-ın energetika naziri Rik Perri (Rick Perry) Davosta (İsveçrə) keçirilən Dünya İqtisadi Forumunda verib.

O, həmçinin bildirib ki, Səudiyyə Ərəbistanı və Meksika kimi ölkələrdə keçirilən islahatlar, potensial olaraq neftə tələbi artıra, innovasiyaları stimullaşdıra bilər. Buna görə də "yaxşı günlər "hələ qabaqdadır. 

Bundan başqa R.Perri, ABŞ-ın Energetika İnformasiyaları Administrasiyasının (EIA) proqnozlarına şübhə ilə yanaşdığını qeyd edib. Xatırladaq ki, EIA bu il ölkədə gündəlik neft hasilatının 10,3 mln. barelə çatacağını ehtimal edir.

Nazirin açıqlamalarından sonra dünya bazarında "Brent" markalı neftin qiyməti 71,05 dollar/barelə yüksələrək 2014-cü il dekabr ayının 2-dən sonra ən yüksək həddə çatıb.