Göyçayda ər arvadını bıçaqladı


Digərləri 25 Yan 2018 09:50:00 316 0

Göyçayda ər arvadını bıçaqladı

Göyçay rayonunda ər həyat yoldaşını öldürməyə cəhd edib.

Son.az xəbər verir ki, Göyçay Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə rayonun Kürdəmiş kəndində baş verib.

Kənd sakini, 1976-cı il təvəllüdlü Həşimov Rəşad Fikrət oğlu həyat yoldaşı, 1987-ci il təvəllüdlü Kərimova Vüsalə Eyvaz qızı ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə R.Həşimov həyat yoldaşı V.Kərimovanı bıçaqlayıb. Bir neçə bıçaq zərbəsi alan V.Kərimova xəstəxanaya çatdırılıb və əməliyyat olunub.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanılıb.