Ötən gün ölkədə nə qədər cinayət qeydə alınıb?


Kriminal 25 Yan 2018 09:53:26 229 0

Ötən gün ölkədə nə qədər cinayət qeydə alınıb?

Yanvarın 24-də sutka ərzində respublikanın daxili işlər orqanları tərəfindən 111 cinayət faktı qeydə alınıb, onların da 18-nin üstü "isti izlər"lə açılıb.

DİN-dən Son.az-a verilən məlumata görə, axtarışda olduğuna görə 22 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.