Qvatemalada avtobus 40 metr dərinlikdə yarğana düşüb, 15 nəfər ölüb


Dünya 25 Yan 2018 07:49:40 307 0

Qvatemalada avtobus 40 metr dərinlikdə yarğana düşüb, 15 nəfər ölüb

Nəqliyyat vasitəsini çay aparıb

Qvatemalada avtobusun uçurumdan yuvarlanması nəticəsində azı 15 nəfər ölüb, daha 30 nəfər yaralanıb.

“Report” "Prensa Libre" nəşrinə istinadən xəbər verir ki, qəza Ueuetenanqo departamentində baş verib.

Sürücü güclü yağışlardan sonra məcrasından çıxan çayı dayaz yerindən keçmək istəyib. Lakin su axını avtobusu özü ilə aparıb və nəticədə nəqliyyat vasitəsi 40 metr dərinliyində olan yarğana düşüb.