Orqanizmdə həll olan implantat hazırlanıb


Digərləri 25 Yan 2018 07:33:00 331 0

Orqanizmdə həll olan implantat hazırlanıb

Həkimlər pasiyentlərdə, məsələn, beyin şişi kimi xəstəliklərə nəzarət etmək  istədikdə bəzən sensor implantasiya edirlər və bu sensor hər dəfə təzyiqə məruz qaldıqda oxunan elektrik siqnalı saçır. Problem ondadır ki, bu sensorlar istifadədən sonra pasiyentin bədənindən çıxarılmalıdır və bu,  əlavə əməliyyat tələb edir. Ancaq indi alimlər tərəfindən yaradılmış yeni qurğu zamanla pasiyentin orqanizmində öz-özünə həll olunacaq.

Son.az ICTnews-a istinadən bildirir ki, Konnektikut Universitetinin komandası tərəfindən yaradılmış elastik sensor ABŞ Ərzaq və Dərman Preparatlarına Nəzarət İdarəsi tərəfindən cərrahi tikişlər, sümük transplantatları və tibbi implantatlarda istifadə üçün təhlükəsiz hesab edilən materiallardan yaradılıb. Sensor təzyiq hiss edən kimi zəif siqnal saçır və bu siqnal bədəndən kənarda yerləşən qurğu tərəfindən aşkar edilə bilər.