Aydan qalxan kosmik gəmi: Qara kəsikdən çıxdı və... İlin ən uğurlu görüntüsü VİDEO


Digərləri 24 Yan 2018 21:48:00 330 0

Aydan qalxan kosmik gəmi: Qara kəsikdən çıxdı və...  İlin ən uğurlu görüntüsü  VİDEO

Meksikanın Mazatlan ştatının Sinaloa şəhərindən olan Dieqo Avilez Aydan qalxan kosmik gəminin görüntülərini paylaşıb.

Son.az xəbər verir ki, astronom Dieqo videokameralı teleskop vasitəsilə yanvar ayının 12-də çəkdiyi görüntüləri paylaşmaqda əvvəl tərəddüd edib. Lakin mütəxəssis rəyindən sonra bunun gerçək görüntülər olduğu qənaətinə gəlib və videonu sosial şəbəkədə paylaşıb.

Sözügedən video son illərin ən uğurlu görüntülərindən biri hesab olunur. Videoda yadplanetli gəminin hərəkəti son dərəcə aydın və keyfiyyətli şəkildə əks olunub. Görüntülərə diqqətlə baxdıqda UNO-nun Ayda hansısa qara kəsikdən çıxaraq naməlum istiqamətə doğru hərəkət etdiyi görülür. NASA mütəxəssisləri böyük ehtimalla həmin istiqamətin Yer olduğunu iddia edirlər.

Onların sözlərinə görə, uzunsov UNO Yerdəkilərə daha çox bənzəyir. Skeptiklər isə məsələyə daha primitiv izah verərək, burada heç bir qeyri-adi görüntünün olmadığını və həmin aparatın ən adi Yer raketi olduğunu bildiriblər.