Anadan dəhşətli əməl: 4 yaşlı oğluna xlor içirdib öldürdü FOTO


Digərləri 24 Yan 2018 21:42:00 283 0

Anadan dəhşətli əməl: 4 yaşlı oğluna xlor içirdib öldürdü  FOTO

Ana 4 yaşlı oğlunu əvvəlcə kəmərlə döyüb, daha sonra isə xlor içirdərək öldürüb.

Son.az xəbər verir ki, Rusiyanın Xabarovsk vilayətində yaşayan Olqa adlı qadın 4 yaşlı övladını amansızcasına qətlə yetirib.

Qonşuların sözlərinə görə, qadın uşağa zülm vermək məqsədilə onu paltar dolabının içərisində saxlayırmış. Uşağın saatlarla ağladığını deyən qonşular iddia edir ki, qadın onu zirzəmidə çimdirib daha sonra soyuq havada çılpaq vəziyyətdə çölə çıxardırmış.

Son aylarda daha da amansızlaşan ana uşağı kəmərlə döyüb, xlor içirtdikdən sonra, çaydanla baş nahiyyəsinə ağır zərbə endirərək qətlə yetirib.

Cinayəti gizlətmək məqsədilə uşağı nərdivanlardan aşağı yuvarladan qadın onun ölüm səbəbini gizlətməyə çalışıb.


Xəbərə aid foto