Yaponiyada ilk robot satıcı işdən qovulub FOTO


Digərləri 24 Yan 2018 21:15:00 308 0

Yaponiyada ilk robot satıcı işdən qovulub  FOTO

Yaponiyanın məşhur texnologiya şirkətlərindən olan "Softbank" tərəfindən hazırlanmış "Pepper" adlı robot satıcı kimi işə başladığı mağazadan qovulub.

Son.az xəbər verir ki, dünyada ilk robot satıcı olan "Pepper" 1 həftə sonra Edinburqda fəaliyyət göstərən "Margiotta Food & Wine" adlı ərzaq mağazasızdan öz vəzifəsinin öhdəsindən gələ bilmədiyi üçün uzaqlaşdırılıb.

Robot müştəriləri başa düşmədiyi üçün şirkət rəhbərliyi onun işindən narazı qalıb. Çox vaxt alıcının xahişinin mahiyyətini başa düşməyən "Pepper" alıcının "pivə harada yerləşir" sualına "içkilər olan bölmədə" kimi qeyri-dəqiq cavablar verərək, narazılığa səbəb olub.


Xəbərə aid fotolar