"Luvr" muzeyində İslam incəsənəti bölməsi bağlandı


Dünya 24 Yan 2018 19:48:00 274 0

"Luvr" muzeyində İslam incəsənəti bölməsi bağlandı

Fransanın ən məşhur muzeylərindən biri olan "Luvr" yanvarın 28-dək İslam incəsənəti kolleksiyasının olduğu zalları bağlayacaq.

Son.az report-a istinadən xəbər verir ki, buna səbəb Sena çayında suyun səviyyəsinin artmasıdır.

"Daşqınlardan qorunma planına uyğun olaraq, "Luvr" rəhbərliyi İslam incəsənəti bölməsinin aşağı hissəsini azı bazar gününə qədər bağlamaq qərarına gəlib", - muzeyin şərhində deyilir.

Muzeydən qeyd ediblər ki, həmçinin "Luvr"un yerləşdiyi sarayın qorunması üzrə tədbirlər görülür.