Beynəlxalq Muğam Mərkəzində “Qarabağ əsrlərin salnaməsi” kitabının təqdimatı olub FOTO


Kriminal 24 Yan 2018 19:24:00 333 0

Beynəlxalq Muğam Mərkəzində “Qarabağ  əsrlərin salnaməsi” kitabının təqdimatı olub  FOTO

Yanvarın 18-də Beynəlxalq Muğam Mərkəzində "Qarabağ - əsrlərin salnaməsi" kitabının təqdimatı keçirilib.

Tədbir Mədəniyyət və Turizm Nazirliyinin, "Paşa Həyat Sığorta" ASC-nin və "Silk Way Group" şirkətinin dəstəyi ilə "IRS Publishing House" tərəfindən nəşr olunmuşdur. Kitab Azərbaycanın səfalı güşələrindən biri olan Qarabağa həsr olunub. 

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək kitabın bugünkü tarixi əhəmiyyətindən söhbət açıb.

Bildirib ki, kitabda Qarabağın şanlı tarixindən, XX əsrin 80-ci illərindən başlayaraq ermənilərin Azərbaycana torpaq iddialarından, Qarabağda yaşayan azərbaycanlılara qarşı zorakılarıqlarından və Qarabağın işğalından bəhs edilir.

Nazir bildirib ki bu silsiləli  layihələr 2013-cü ildən Azərbaycanın maddi və mədəni irsini, adət- ənənlərini, çoxsaylı tarixi abidələrini beynəlxalq aləmdə təbliğ etmək məqsədilə həyata keçirilir. Layihə çərçivəsində bu günədək "Qədim qalanın yuxuları", "Qobustan - minilliklər kitabı", "Təbrizin sehrli nağılları", "Naxçıvan - Şərqin əfsanəsi", "Məftun edən şəhər", "Bakı simfoniyası" kitabları nəşr olunub.

Layihənin rəhbəri və baş redaktoru Musa Mərcanlı, elmi məsləhətçiləri tarix elmləri doktoru Qasım Hacıyev, tarix elmləri üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovdur. Xüsusi dizayn və zövqlə hazırlanmış bu kitab oxuculara Azərbaycan və rus dillərində təqdim edilir.


Xəbərə aid fotolar