UEFA rusiyalı futbolçunun medalını yenisi ilə əvəzlədi


İdman 24 Yan 2018 19:21:00 289 0

UEFA rusiyalı futbolçunun medalını yenisi ilə əvəzlədi

UEFA Rusiya millisinin sabiq futbolçusu Vladimir Bıstrov üçün AVRO-2008-in bürünc medalını yenisi ilə əvəzləyib. Goal.az xəbər verir ki, medal Rusiya Futbol Federasiyasının müvəqqəti prezidenti Aleksandr Alayevə təqdim olunub.

Bıstrov 2004-13-cü illərdə Rusiya millisində çıxış edib. 33 yaşlı yarımmüdafiəçi millidə 43 oyun keçirib və 4 qol vurub. Bir müddət öncə futbolçu Avropa çempionatında qazandığı bürünc medalın oğurlandığını bildirmişdi.