Akif Əlizadə: "Bəzi elmi məktəblər sönmək üzrədir"


Digərləri 24 Yan 2018 19:12:00 478 0

Akif Əlizadə: "Bəzi elmi məktəblər sönmək üzrədir"

"Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yer Elmləri Bölməsində bəzi elmi istiqamətlər, elmi məktəblər sönmək üzrədir. Bölmənin institut rəhbərləri, aparıcı alimlər, laboratoriyalar bu barədə fikirləşməlidirlər".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu AMEA prezidenti Akif Əlizadə Rəyasət Heyətinin bugünkü iclasında çıxışı zamanı bildirib.

A.Əlizadə qeyd edib ki, institutlar öz fəaliyyətlərini genişləndirmək üçün birlikdə böyük layihələr həyata keçirə bilərlər.

AMEA prezidenti bu məqsədlə müsabiqə üçün elan verdiklərini də söyləyib: "Biz kiçik layihələrə pul verməyəcəyik. Ona görə də bunu nəzərə almaq lazımdır".