Səbail RİH: Bayılda sürüşmə zonasında yaşayan sakinlərə başqa yerə köçmələri tövsiyə olunub


Sosial 24 Yan 2018 19:00:07 307 0

Səbail RİH: Bayılda sürüşmə zonasında yaşayan sakinlərə başqa yerə köçmələri tövsiyə olunub

Ərazidəki idarə, təşkilat və müəssisələrdə müvəqqəti sığınacaqlar yaradılıb

Səbail Rayon İcra Hakimiyyətində Bayıl yamacındakı sürüşmə ilə əlaqədar xüsusi qərargah yaradılıb.

İcra Hakimiyyətindən "Report"a verilən məlumata görə, qərargahın iclasından sonra rayon icra hakimiyyəti və rayon polis idarəsinin əməkdaşları həmin əraziyə gedərək sakinlərlə görüşüblər.

"Təhlükəsizlik nöqteyi-nəzərindən sakinlərə müvvəqqəti olaraq evlərini tərk edib qohumları və yaxınlarının evlərinə köçmələri tövsiyə olunub. Ərazi polis nəzarətinə götürülüb. Digər sakinlərin yerləşdirilməsi üçün ərazidəki idarə, təşkilat və müəssisələrdə müvəqqəti sığınacaqlar yaradılıb. Məsələ ciddi şəkildə nəzarətdə saxlanılır və əlava tədbirlər görülür", - məlumatda qeyd olunub.