Əhməd Şahidov Sarkisyanı ifşa etdi: Zaldan çıxarıldı FOTO


Siyasət 24 Yan 2018 18:42:00 273 0

Əhməd Şahidov Sarkisyanı ifşa etdi: Zaldan çıxarıldı  FOTO

AŞPA-da Sarkisyana qarşı səssiz etiraz

Azərbaycanın hüquq müdafiəçisi Əhməd (Ahmad) Şahidov AŞPA-nın qış sessiyasında Ermənistan prezidenti Serj Sarkisyanın çıxışı zamanı ona qarşı səssiz etiraz aksiyası keçirib.   Son.az azxeber.com-a istinadən xəbər verir ki, Ə.Şahidov Sarkisyan çıxış edərkən əlində Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovun fotolarını tutub. "Mən əyləşən sektorda hamısı erməni idi, amma heç nə edə bilmədilər.   Məsələyə AŞPA-nın təhlükəsizlik xidmətinin əməkdaşları qarışdı və məni zaldan çıxardılar. Sarkisyanın başını qaldırıb girovların fotolarına baxması bu mübarizəmizin boşuna getmədiyini göstərdi" - deyə Şahidov bildirib.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində


Xəbərə aid fotolar