Kinematoqrafçılar İttifaqı məqalə müsabiqəsi elan edib


Digərləri 24 Yan 2018 17:29:57 225 0

Kinematoqrafçılar İttifaqı məqalə müsabiqəsi elan edib

Azərbaycan Kinematoqrafiyaçılar İttifaqı Azərbaycan kinosunun 120 illik yubileyinə həsr olunmuş “Azərbaycan kinosu : dünən, bu gün, sabah” adlı məqalə və resenziyaların müsabiqəsini elan edib.

Bakı. Azərbaycan Kinematoqrafiyaçılar İttifaqı Azərbaycan kinosunun 120 illik yubileyinə həsr olunmuş “Azərbaycan kinosu : dünən, bu gün, sabah” adlı məqalə və resenziyaların müsabiqəsini elan edib. İttifaqın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd kinematoqrafiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, gənc və istedadlı müəllifləri aşkara çıxarmaq, həmçinin milli kinomuza yeni fikir gətirməkdir. Müsabiqə, həm də digər sahələrdə çalışan gənclərə, kinoda özlərini sınamaq imkanı yaratmaq və bununla da mövcud rəqabəti gücləndirmək üçün nəzərdə tutulub. Müsabiqəyə Azərbaycan kinosuna həsr olunmuş məqalə və resenziyalar qəbul olunur. Yaşı 30-a qədər olan bütün şəxslər müsabiqəyə məqalə və resenziyalar təqdim edə bilər. Həmçinin müsabiqəyə təqdim olunan məqalə və resenziyaların hüquqları müəllifə məxsus olmalı, mətbuatda dərc olunmamalıdır. Məqalə və resenziyalar müsabiqəyə 10 səhifədən çox olmamaq şərti ilə üç nüsxədə, çap olunmuş və CD diskdə rəqəmsal daşıyıcıda şrift-12 “Courier New”də təqdim olunmalıdır. Çap olunmuş məqalə və resenziyalarda müəllifin ad və soyadı qeyd olunmamalıdır.