Abşeronda soyuq hava dalğalarının sayı azalıb


Digərləri 24 Yan 2018 17:04:00 331 0

Abşeronda soyuq hava dalğalarının sayı azalıb

1991-2015-ci illərdə Abşeron yarımadasında soyuq hava dalğalarının orta sayında və davamiyyətində azalma müşahidə olunub.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası Yer Elmləri Bölməsinin akademik - katibi, akademik Fəxrəddin Qədirov Rəyasət Heyətinin bugünkü iclasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, Abşeron yarımadasında soyuq hava dalğalarını səciyyələndirmək üçün meyarlar-sinoptik şərait, külək və havanın temperaturu işlənilib, sərhəd göstəricilər (temperaturun 0 dərəcə selsi və daha az, şaxtalı dövrün iki gün və daha az olması) müəyyən edilib. Bununla yanaşı, bu dalğaları şərtləndirən sinoptik proseslər və onların təkrarlanması və davamiyyəti öyrənilib.