Fransada terrorçu PKK tərəfdarları azadlıqdan məhrum edilib


Dünya 24 Yan 2018 16:57:09 258 0

Fransada terrorçu PKK tərəfdarları azadlıqdan məhrum edilib

Onlar Türkiyənin Marseldəki Baş Konsulluğun binasına və təhlükəsizlik əməkdaşlarına hücum ediblər

 Türkiyənin Fransanın Marsel şəhərindəki Baş Konsulluğunun binasına və təhlükəsizlik əməkdaşlarına hücum edən terrorçu PKK qruplaşması və onun qolu PYD-nin 7 tərəfdarı həbs edilib.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, onlar Türkiyə Silahlı Qüvvələrinin Afrindəki “Zeytun budağı” antiterror əməliyyatına etiraz olaraq Baş Konsulluğun binasına və təhlükəsizlik əməkdaşlarına hücum ediblər.

Marsel məhkəməsi diplomatik missiyanın binasına daş, dəyənək və kəsici alətlər atan terror qruplaşması tərəfdarlarına 3 aydan 1 ilədək həsb cəzası verib.