"510 ildən sonra alimlərdən Yerin 1012 km dərinliyində ..." AMEA prezidenti


Digərləri 24 Yan 2018 16:26:00 277 0

"510 ildən sonra alimlərdən Yerin 1012 km dərinliyində ..."  AMEA prezidenti

"Vaxt gələcək, 5-10 ildən sonra dövlət alimlərin, xüsusilə akademiklərin qarşısında Yerin 10-12 km dərinliyində neft yataqlarının tapılması üçün işlər aparmaq tələbi qoyulacaq".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə Rəyasət Heyətinin bugünkü iclasında çıxışı zamanı bildirib.

A.Əlizadə qeyd edib ki, Yerin dərinliyində neft tapmaq imkanları məhduddur: "Amma BP şirkətinin Meksika körfəzində 10 km dərinlikdə neft yatağı tapması onu göstərdi ki, bu fikirlər yanlışdır. Buna görə də bizim dərinliklərdə neft axtara biləcəyimiz barədə proqnozlar verməyə əsasımız var".